Bu rayonlara su fasilə ilə veriləcək

15:12 20.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən hafta.az-a verilən məlumata görə, bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

Abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edirik.