Ermənistanın baş naziri Nikol Paşinyan yenə absurt təkliflə çıxış edib. Erməni Azərbaycanla sülh sazişi müqaviləsinin bağlanmasına dair “çərçivə sazişi” təklifini irəli sürüb. Azərbaycan üçtərəfli sazişə əsasən Ermənistanın öhdəlikləri yerinə yetirməsini gözlədiyi halda, bunlar “çərçivə sazişi” təklif edirlər. Bu “çərçivə sazişi”Azərbaycana qarşı hansı təhdidləri özündə ehtiva edir?
Politoloq Rəşad Bayramov hafta.az-a bildirib ki, Ermənistan zaman-zaman belə absurd təkliflərlə çıxış edib. Bu, sülh prosesinin tormuzlanması, sülh sazişinin imzalanmasının qarşısının alınması və müəyyən müddətə vaxtın qazanılmasına hesablanıb və bu da Azərbaycanın maraqlarına uyğun deyil.
“Azərbaycan olaraq biz tezliklə sülh sazişinin imzalanmasına birdəfəlik nöqtə qoyulmasının tərəfdarıyıq. Ermənistan tərəfi isə davamlı şəkildə sülh sazişində keçmiş Dağlıq Qarabağın və yaxud orda yaşayan ermənilərin təhlükəsilik məsələsi adı altında statusun yenidən gündəmə gətirilməsinə cəhd göstərir. Azərbaycan özünün qəti mövqeyini bildirib”.