Bulvarda intihar edən gənc qızın meyiti dənizdən çıxarılıb

16:27 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​
Oxunma sayı 632