Yazını böyüt
Yazını kiçilt
Ağıllı kameralar və biometrik məlumatlar vasitəsilə müxtəlif qanun pozuntularına yol verən şəxslərin aşkarlanması Rusiyada gündəmdədir.
Hafta.az-ın “İzvestiya” qəzetinə istinadən yazdığına görə, piyada keçidi olmayan yerdə yolu keçmək, siqaret çəkmək, içki içmək, manqal bişirmək, qadağan olunmuş yerlərdə ifrat davranış kimi qayda pozuntuları üçün biometrik məlumatlar və smart kameralardan istifadə edilməsi planlaşdırılır.
Bildirilir ki, cərimələr yol hərəkəti cərimələri kimi yarı avtomatik olaraq tətbiq edilə bilər.
Xəbərə görə, Maliyyə Nazirliyinin rəsmiləri cərimələr üçün biometrik məlumatlardan istifadənin qanuna zidd olduğunu və vətəndaşların bu sistemdə qeydiyyatdan keçməyə məcbur olmadığını bildiriblər.