Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçdüyünü deyən Vardanyan Rusiya sülhmərmlılarının nəzarətində olan Azərbaycan ərazilərində “artsax”-ın təhlükəsizliyi və inkişafı fondunun yaratdığını elan edib və bunu Xocavənd rayonundan bəyan edib.
Bu fikirləri hafta.az-a politoloq Rəşad Bayramov bildirib:
“Vardanyan Sülhməramlıların mandatını “arsax” xalqının təhlükəsziliyini, öz gücünü təmin edənə qədər uzadılmasından danışır. Və bütün dünyanı, dünya ermənilərini “artsax” uğrunda mübarizəyə səsləməklə yanaşı, həm Çinin, ABŞ və Fransanın da danışıqlarda əsas rol oynamasının vacibliyini qeyd edir”.
Politoloq bəyan edib ki, öz varidatını Rusiyada qazanmış belə bir adamın Rusiya vətəndaşlığından imtina etməsi bir sıra mətləblərdən xəbər verir. Onun fikrincə, erməni əsilli bu milyarderin İlham Əliyev və Paşinyanın Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşündən sonra Xocavənddə peyda olması heç də təsadüfi deyil. Bütün bunlar İrəvanla – Bakı arasında siyasi dialoqun pozulmasına yönəlmiş, planlaşdırılmış və Moskvada təsdiq edilmiş bir təbliğat aksiyasıdır.
R.Bayramov bildirib ki, Vardanyanın həm də öz varidatını qorumağa cəhd edir. Politoloq bildirib ki, çoxsaylı fırıldaqlar, çirkli pulların yuyulması ilə bağlı ittihamlara baxmayaraq Vardanyan indiyə qədər Qərbin sanksiyalarına tuş gəlməyib.
“Düşünür ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda gec-tez onun da adı qara siyahıya salınacaq. Ona görə də Vardanyan qazandığı pulların bir qismini ABŞ və Avropada saxlayan rusiyalı milyarderdir. Ona görə də Qarabağa köçmək istəyi ilə həm də faktiki olaraq öz varidatını qorumağa cəhd göstərir. Ona görə də bəyanatında ABŞ və Fransanın Qarabağ danışıqlarında iştirakının vacibliyini, regionda daha çox təsir imkanlarına malik olmalı olduğunu deməsi də bu istiqamətdə ehtimalları gücləndirir. Faktiki olaraq Rusiya Vardanyandan ehtiyat kartı kimi istifadə edir”.
Politoloq hesab edir ki, Vardanyanın və onun kimi ermənilərin sülhməramlıların nəzarəti altında olan ərazilərimizə girişinin məhdudlaşdırılması ilə bağlı ciddi addımlar atılmalı və onun fəaliyyəti ümumiyyətlə nəzarətə götürülməlidir.