Camaatı ora çıxardan da, polisə qaz sızdıran da eyni əldir - Aqil Abbas

12:41 23.06.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Camaatı ora çıxardan da, polisə qaz sızdıran da eyni əldir. Polisi nüfuzdan salmaq, dövlətin nüfuzunu aşağı salmaqdır. Bu əli tapmaq lazımdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas Gədəbəydə baş verən hadisə və onun köklərinin hara gedib çıxması ilə bağlı mülahizələrində qeyd edib.

“Fetoçular meydan sulayır, məzhəb, mili etnik davası salırlar. Gədəbəydə yerləşən qızıl mədəni də Amerikanındır, FETO da Amerikada yerləşir. Mətbuat, saytlar, sosial şəbəkələr Fetoçulardan qan ağlayır”- deyən deputat, baş verən məlum hadislərin arxasında təsadüfi adamların dayanmadığına diqqət çəkib.