Çap mediasının inkişafı ilə bağlı strateji plan hazırlanıb

12:30 12.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

Hafta.az bildirir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır.

 “Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”, - Ə.İsmayılov bildirib.