Yazını böyüt
Yazını kiçilt
Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı müharibədə iştirak edən rus əsgərlərin təxminən 20 faizinin ölkələrinə qayıtdıqdan sonra psixi pozğunluqlar yaşadığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, “Vedomosti” qəzetinə məlumat verən müdafiə nazirinin müavini Anna Tsivileva Ukrayna müharibəsindən qayıdan əsgərlərin təxminən 20 faizinin psixi sağlamlıq probleminin olduğunu, lakin münaqişə bölgələrindən gələn hər kəsə psixoloji dəstək verilməli olduğunu bildirib.
Tsivileva hərbi əməliyyatda iştirak edənlərə dəstək verə biləcək psixoloqların sayının yetərli olmadığını bildirib.
Rusiya Səhiyyə Nazirliyi hərbi əməliyyatda iştirak edənlərin 26 faizinin psixoloji yardım üçün müraciət etdiyini açıqlayıb.