Cəbrayıl rayonunun Şıxalıağalı kəndi

10:38 02.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl rayonunun Şıxalıağalı kəndi düzənik ərazidə yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

Vətən müharibəsində düşmənə dağıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 5-də kəndi işğaldan azad edib.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Şıxalıağalı kəndinin görüntülərini təqdim edir.

 

Oxunma sayı 2034