Cəlilabad sakini özünü güllələyib

13:29 31.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 29-da Cəlilabad rayonunun Albalan kənd sakini, ruhi xəstə Q.Qasımovun yaşadığı evdə tüfəngdən açdığı atəşlə özünə xəsarət yetirməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən Q.Qasımovun vəziyyəti ağırdır.
Keçirilən baxış zamanı polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.