Cəlilabadda 2 avtomobil toqquşdu

18:20 11.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda yol qəzası baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

 

Qəza nəticəsində hər iki sürücü yüngül xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır. ("Report")