Cəlilabadda meşədə baş verən yanğın söndürülüb

23:19 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda meşədə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinn hafta.az-a verilən məlumatda bildirilir ki, 19 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Alaşar kəndi yaxınlığında mürəkkəb relyefə malik dağlıq və meşəlik ərazidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında görülmüş operativ tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumilikdə dağlıq və meşəlik ərazidə 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac budaqları yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qüvvələri, habelə yerli sakinlər və polis əməkdaşlarının birgə səyi ilə söndürülüb.

Oxunma sayı 665