Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad rayonunda azyaşlıların su anbarında boğulması ilə bağlı məlumat yayıb.
FHN-in hafta.az-a bildirilib ki, bu gün axşam saatlarında nazirliyin 112 Qaynar xətt nömrəsinə Cəlilabad rayonu, Gülməmmədli kəndində 3 nəfərin suda batması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin Cənub Dalğıc Axtarış Qrupu tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində bir azyaşlı və iki yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.