Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

21:43 27.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunda iki avtomobil toqquşub.

Hafta.az-ın "Report"-a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, "KaMAZ" markalı yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Bağırov Aslan Təzəxan oğlu xəsarət alıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.