Yazını böyüt
Yazını kiçilt
UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.
Həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.
UEFA Çempionlar Liqası
Final-10 iyun
"Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) - 1:0
Qol: Rodri, 68
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu