“Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlığı qaçılmaz reallığa çevrilir” – Rəy

13:36 26.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda bəzi çevrələrdə yanlış olaraq belə qənaət hakimdir ki, guya, Azərbaycan KTMT-dən ehtiyatlandığından, Ermənistan ərazisindəki hədəfləri vurmur. Bu, qətiyyən belə deyil.”

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bu fikirləri hafta.az-a  açıqlamasında bildirib. 

Onun sözlərinə görə, əslində, Azərbaycan son vaxtlar onunla ölçülü davranan Putin Rusiyasını çətin vəziyyətdə qoymamaq və artıq qırılmaqda olan KTMT-Ermənistan münasibətlərindəki əsl gerçəyi üzə çıxarmaq üçün hələlik səbrli davranır. E.Şükürlü hesab edir ki, bu indiki zamanda doğru taktikadır.

“Çünki Paşinyan komandası bu savaşda KTMT-nin erməniləri müdafiə etmədiyini bəhanə gətirərək, Qarabağdakı məğlubiyyətlərini də Rusiyanın ayağına yazmaq və beləliklə də, bu hərbi ittifaqdan birdəfəlik uzaqlaşmağa, Qərblə daha sürətlə yaxınlaşmağa legitim əsaslar əldə etməyə çalışır. Azərbaycanın səbrli və ölçülü davranışı isə Paşinyanın və havadarlarının bu oyununa gəlməməklə yanaşı, o biri tərəfdən də Ermənistanın KTMT-ni şantaj siyasətini daha da dərinləşdirməklə, ifşa edir, bütün ziddiyyəti Ermənistanın öz içərisinə, siyasi həyatına yönəldir...”

E.Şükürlü bildirib ki, xarici işlər nazirlərinin ABŞ –a səfərlərinin yekunlarını da nəzərə aldıqda, deyə bilərik ki, artıq nəinki Qarabağ məsələsinin həllində, bütövlükdə Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlığı qaçılmaz reallığa çevrilir və bunu həm ABŞ, həm də Avropa Birliyi qəbul etmək məcburiyyətindədir.

“Diplomatik müstəvidə durumu bu şəkildə lehimizə dəyişən isə tək bircə faktordur - Azərbaycan Ordusunun durmadan, dincəlmədən irəliləməsi, inanılmaz dərəcədə çevikliyi, qətiyyəti, sönməz döyüş ruhu və qələbə əzmi! Allah bizə bu zəfərləri bəxş edən Ordumuzu qorusun, onu həmişə beləcə əzmli və yenilməz etsin!”

 

Oxunma sayı 735
Siyasət rubrikasından digər xəbərlər