Çerniqovda 2 azərbaycanlı həlak olub

16:18 30.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub.

Hafta.az report-a istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.

Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.