Çexiya prezidentindən xəbərdarlıq: “Qaydalar hamı üçün eynidir”

10:27 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çexiya prezidenti Peter Pavel ukraynalıların günahlandırıldığı gənc qadınlara qarşı son hücumlarla bağlı ictimai etirazlara reaksiya verib.

Hafta.az-ın “European Truth”a istinadən yazdığına görə, Pavel qeyd edib ki, qaydalar hamı üçün eyni olmalıdır, zorakılıq və təcavüzün milliyyəti və dini yoxdur.

"Lakin konkret şəxsin cinayətinə görə bütün qrupu günahlandırmaq olmaz. Tariximizdə kollektiv təqsirkarlığın tətbiq edildiyi birdən çox kədərli hal olub və bu, həmişə faciəvi nəticələrə gətirib çıxarıb", - Çexiya prezidenti Twitter səhifəsində yazıb.

"Məni qorxu və mənfi emosiyalardan öz siyasi maraqlarını təmin etmək və ya daha güclü mövqe tutmaq üçün istifadə etməkdən çəkinməyən bəzi şəxslər daha da heyrətləndirir. Mən siyasi oyunlar üçün nifrət, qəzəb və təxribatdan istifadəni pisləyirəm", - prezident qeyd edib.

Xatırladaq ki, ötən günlərdə Pilsen şəhərində 18 yaşlı əcnəbi gənc qeyri-rəsmi məlumatlara görə 15 yaşlı qıza vəhşicəsinə hücum edərək onu zorlayıb və daha sonra öldürməyə cəhd edib. Pilsen şəhərinin meri Roman Zarzitskinin sözlərinə görə, təqsirləndirilən şəxs uzun müddət Çexiyada yaşayan ukraynalıdır.

Şənbə günü sosial şəbəkələrdə məlumat yayılıb ki, Praqanın Qostivar rayonunda daha bir anoloji hal yaşanıb və 16 yaşlı ukraynalı yeniyetmə bir qadına hücum edib. Hər iki halda polis şübhəlinin milliyyətini açıqlamayıb.

Çexiyanın daxili işlər naziri Vyt Rakuşan bazar günü bununla bağlı mətbuat konfransı keçirib və bildirib ki, cinayət əməllərində kollektiv təqsir yoxdur. O, həmçinin vətəndaşları ümumiləşdirilmiş və etnik dözümsüzlükdən çəkinməyə çağırıb.

Sosial şəbəkələrdə zorlama hadisəsi məlum olduqdan sonra insanlar nifrət dolu şərhlər yazmağa, ukraynalılara qarşı nümayişə çağırışlardan danışmağa başlayıblar.

Siyasət rubrikasından digər xəbərlər