Yazını böyüt
Yazını kiçilt
Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçənlərə yardım kampaniyası bütün dünyada davam edərkən, Çexiyanın ölkəmizdəki Səfirliyi də bu təşəbbüsə qoşulub.
Hafta.az-ın Səfirliyin facebook səhifəsindəki paylaşımına istinadən yazdığına görə, dünən səfirliyin əməkdaşlarının topladığı növbəti yardım qutuları səfir Milan Sedlaçekin müşayiəti ilə lazımi yerə təqdim olunub.
Qeyd edək ki, Çexiya hökuməti Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən zərər çəkənlərə yardım üçün 850 min avro məbləğində maliyyə yardımı ayırıb. Bundan əlavə, Çexiya hökuməti fəlakət bölgəsinə 68 nəfərdən ibarət axtarış-xilasetmə qrupu, tibbi heyət və ev-eşiklərindən məhrum olmuş insanlar üçün lazımi yardım partiyasını Türkiyəyə göndərməyə qərar verib.
"Dualarımız dağıdıcı zəlzələdən zərər çəkən insanlarladır!", - Səfirliyin paylaşımında deyilir.