Ceyhun Bayramov ABŞ-a GETDİ

09:39 09.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

9 iyul 2024-cü il tarixində, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

 

XİN-dən hafta.az verilən xəbərə görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.