"Ermənilər artıq barbarlıq edirlər"

17:05 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Rusiya rəsmi İrəvanın Gümrüdəki “Ana Ermənistan” abidəsinin təhqir olunmasına reaksiyasının olmamasından təəccüblənib”.

Hafta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ermənistan hakimiyyətinin abidənin təhqir edilməsini qətiyyətlə pisləmək və ya heç olmasa aydın mövqe bildirmək əvəzinə, susmaq qərarına gəlməsi təəccüblüdür. Bu, artıq ənənəyə çevrilir”, - o bildirib.

Diplomat Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda verdiyi və Ermənistan hakimiyyətinin reaksiya göstərmədiyi anti-Rusiya açıqlamalarını misal gətirib.

Zaxarova qeyd edib ki, bu cür laqeydlik və ölkədəki nəzarətsiz anti-Rusiya kampaniyası bu cür barbarlıqlara münbit zəmin yaradıb. O əlavə edib ki, Ermənistanın bəzi media orqanlarında hadisəni Rusiyanın təxribatı kimi təqdim etməyə çalışıblar.

Zaxarovanın sözlərinə görə, əcdadların xatirəsinin təhqir edilməsi və abidələrə qarşı mübarizə Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmanın ayrılmaz hissəsi, ilkin şərtidir: “Bu, təhqir aktıdır, təkcə xuliqanlıq deyil, ölkələrimizin ortaq tarixi yaddaşına qarşı yönəlmiş hücum və İkinci Dünya müharibəsində qələbəni ləkələmək cəhdidir”.

Xatırladaq ki, bundan əvvəl naməlum şəxslər Gümrüdə İkinci Dünya müharibəsi ilə əlaqədər abidədən “qəhrəman şəhərlər”in adlarından qızılı hərfləri qoparıblar. İyunun 14-də polis abidə kompleksinin elementlərinə zərər vurmaqda şübhəli bilinən 41 yaşlı kişini saxlayıb.