Ceyhun bayramov Aİ-nin ali nümayəndəsi ilə görüşüb

22:55 01.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə cümə axşamı C.Borrel özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla regional problemləri müzakirə etdim", - deyə Aİ-nin ali nümayəndəsi bildirib.

Oxunma sayı 1640