Ceyhun Bayramov erməni nazirlə bu gün görüşəcək

11:01 02.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün - dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla İsveçdə görüşəcək.

Hafta.az-ın məlumatına görə, görüş Stokholmda ATƏT-in Nazirlər Konfransı çərçivəsində baş tutacaq.

Qeyd edək ki, dekabrın 2 və 3-də İsveçdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 28-ci iclası keçiriləcək.