Ceyhun Bayramov İspaniyanın Deputatlar Konqresinin sədri ilə görüşüb

16:57 08.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın Deputatlar Konqresinin sədri Meriçel Batetlə görüşüb.

Hafta.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında bildirilib.

“Xarici işlər naziri Ceyhun Bayramov ilə İspaniya Deputatlar Konqresinin sədri Meriçel Batet arasında Azərbaycan-İspaniya ikitərəfli münasibətlərinin geniş spektri və regional vəziyyətə dair məhsuldar müzakirə aparılıb” - deyə qeyd edilib.

Siyasət rubrikasından digər xəbərlər