Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb

15:58 29.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsraildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müdafiə naziri Yoav Gallantla görüşüb.

Hafta.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə bildirib.

Səfir tərəflər arasındakı görüşün dostluq şəraitində keçdiyini bildirib, görüşü məhsuldar adlandırıb.

Dik qeyd edib ki, nazirlər İsraillə Azərbaycan arasında strateji münasibətlərin genişləndirilməsini müzakirə ediblər.

Siyasət rubrikasından digər xəbərlər