Ceyhun Bayramov macar həmkarını qarşılayıb

15:02 03.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu qarşılayıb.

Hafta.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.

“Nazir Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu salamlayır”, - qeyd olunub.