Ceyhun Bayramov Özbəkistana gedib

09:21 24.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Özbəkistana gedib.

Hafta.az xəbər verir ki, bu haqsa Xarici İşlər Nazirliyindən məlumat verilib.

24 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Siyasət rubrikasından digər xəbərlər