Yazını böyüt
Yazını kiçilt
Səudiyyə ərəbistanının Ciddə şəhərində avtomobilləri oğurlayan 15 şəxs həbs olunub.
Hafta.az-ın yazdığına görə, polis şübhəlilərdən 13-nün Pakistan, 2-nin isə Suriya vətəndaşı olduğunu bildirib. Polisin sözlərinə görə, oğrular apardıqları avtomobilləri sökərək hissələr şəklində satıblar.
Polis doqquz avtomobili sökülməmiş tapa bilib.
Oğruların iş üslubuna gəlincə, onlar avtomobilləri oğurlayaraq şəhərdən kənarda yerləşən kimsəsiz qapalı əraziyə aparır, orada nəqliyyat vasitələrini sökərək ehtiyyat hissələri şəklində nisbətən aşağı qiymətə satırmışlar.
Polis şübhəlilər Respublika Prokurorluğuna sövq edilməmişdən əvvəl onlara qarşı bəzi qanuni tədbirlərin görüldüyünü bildirib.