“Çin öz şirkətlərinin hüquq və maraqlarını qətiyyətlə qoruyacaq” – Lin Jian

13:46 27.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma ilə bağlı vəziyyəti yaxından izləyir, qanunsuz zorakılıq aktlarına qəti şəkildə qarşı çıxır və onları pisləyir.

Hafta.az yazır ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian nazirliyin müntəzəm mətbuat konfransında bildirib.

Sözçüsü Lin Jian bununla yanaşı, ABŞ-ın Çin neft emalı zavoduna sanksiyalar tətbiq etməsinə də münasibət bildirib. Deyib ki, Çin beynəlxalq hüquqa əsaslanmayan birtərəfli, qanunsuz sanksiyalara qarşı davamlı olaraq çıxış edir.

“Çin öz şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq”, - o bildirib.