Çin səfiri: "Husilərin hücumlarını rədd edirik"

09:14 09.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Yəməndəki səfiri vəzifəsini icra edən Şao Zhenq Çinin husilər və digər Yəmən tərəfləri ilə əlaqə saxladığını təsdiqləyib, onları Qırmızı dənizdəki ticarət gəmilərini hədəf almağı dayandırmağa çağırıb. Zheng ölkəsinin qanuni Yəmən hökumətini dəstəklədiyini bildirib.

Hafta.az-ın yazdığına görə, Çin rəsmisi bəyan edib ki, Pekin Yəməndə sülhün bərqərar olması üçün BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq, Təhlükəsizlik Şurasının beş daimi üzvü və digər maraqlı tərəflərlə koordinasiya edir. O, Yəməndəki tərəfləri masa arxasına oturub təcili razılaşma imzalamağa çağırıb.

Şao Zhenq Səudiyyə Ərəbistanının Yəməndə sülhə nail olmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndirərək, onları "müsbət" adlandırıb. Diplomat qeyd edib ki, ölkəsi bu bölgədə tezliklə sülhə nail olmaq üçün region ölkələri ilə koordinasiyaya hazırlaşır.