Yazını böyüt
Yazını kiçilt
Çində “Subaylar Günü” münasibətilə keçirilən 14-cü illik onlayn satışın 18 saatında satış 261 milyard yuanı və ya 36,7 milyard dolları ötüb. Bu barədə hafta.az Çinin “Syntun” konsaltinq şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Müəyyən edilmiş müddət ərzində 1,05 milyarddan çox bağlamanın verildiyi bildirilir. Orta çek 247,94 yuan və ya 34,8 dollar olub. Malların 62%-i Tmall onlayn platformasında satılıb.
Subaylar Günü (Quanggunjie) Çində hər il noyabrın 11-də qeyd olunur. Şənlik tarixin dörd vahiddən ibarət olması ilə əlaqədardır. Bu gün 1990-cı illərin sonundan Nankinq şəhərindəki universitetlərdən birinin divarları arasında qeyd olunur. Orada əsasən subay kişilər təhsil alırdılar. Bu gün təsəlli olaraq alış-veriş ediblər.