Çində işsizliyi həll etməyin yolu tapıldı: 300 min gənc kəndə göndərilir

12:00 02.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin cənub-şərqindəki Quanqdonq əyalətində gənclərin işsizliyi problemə çevriləndə qeyri-adi həll yolu təklif edildi: 300 min insanı iş tapmaq üçün iki və ya üç il müddətinə kəndlərə göndərmək.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, 125 milyondan çox əhalisi olan bölgə həm də ölkənin ən zəngin əyalətidir. Ötən ay əyalət hökuməti kollec məzunlarına və gənc sahibkarlara kənd yerlərində iş tapmaqda kömək edəcəyini açıqlayıb.

Rəsmi rəqəmlərə görə, Çində şəhərlərdə yaşayan 16-24 yaş arası gənclərin işsizlik səviyyəsi 19,6 faiz təşkil edir. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. CNN-in hesablamalarına görə, təxminən 11 milyon şəhər gənci işsizdir.

Bu il kolleci rekord sayda tələbə bitirəcək. Bu isə o deməkdir ki, daha 11,6 milyon insan iş axtaracaq.

Prezident Si Cinping də dekabrda şəhərdə yaşayan gəncləri "kənd iqtisadiyyatını canlandırmağa" çağırıb.

Sinqapurda yerləşən Hinrich Fondundan tədqiqatçı Aleks Kapri 2020-ci ilin noyabrındakı nümayişləri xatırladaraq deyib: "Covid-19" etirazları bir şey göstərdisə, bu, şəhərlərdə çox sayda yaxşı təhsilli və qəzəbli gənclərin hakim Çin Kommunist Partiyası üçün böyük problemlər yarada biləcəyidir. Onların kiçik kəndlərə paylanması bu riski və eləcə də Çində gəlir bərabərsizliyini azalda bilər".

Ölkədə iqtisadi artımın yavaşlaması işsizliyə səbəb kimi qiymətləndirilir. Çin iqtisadiyyatı 2022-ci ildə 3 faiz qeyd edərək, 1976-cı ildən bəri ikinci ən aşağı illik artım sürətidir. Çində "Omikron" hadisələrinin törətdiyi "Kovid-19" epidemiyası səbəbindən tətbiq edilən qapanma tədbirləri və karantin məhdudiyyətləri artım sürətindəki dalğalanmada təsirli olub.