Çində Kənd Futbol Liqası 165 milyon dollar gəlir əldə edib

14:25 06.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çinin Quizhou bölgəsində fermerlər və kəndlilər tərəfindən təşkil edilən yerli futbol liqası bölgəyə yüz minlərlə ziyarətçini cəlb edən fenomenə çevrilib.

Hafta.az-ın “Global Times”ə istinadən yazdığına görə, Rongyiang şəhərində keçirilən və "Kənd Futbol Liqası" adlanan təşkilat təxminən 2 ay əvvəl başlayıb. Rayonun dağ kəndlərində keçirilən matçlar internetdə yayılanda Çindən və xaricdən çoxlu idmansevərlərin marağına səbəb olub.

Rongyiangda yerli sakinlərdən ibarət 20 komandanın yarışdığı Kənd Liqası maydan iyul ayına qədər hər cümə, şənbə və bazar günləri keçirilir. Turnirin finalı iyulun 29-na təyin edilib.

Turnirdə çıxış edən futbolçuların bir çoxunun rayonda mexanik, əkinçi, qəssab, fabrik işçisi kimi peşələri olan və müxtəlif etnik qruplardan gəldiyi məlumdur.

Biletləri satılmayan matçlardan gələn tamaşaçıların sayı orta hesabla 10 minə yüksəlib və ölkənin peşəkar futbol liqası olan CSL-də tamaşaçı sayına çatıb.

Rongyiangda regional futbol federasiyasının vitse-prezidenti vəzifəsini icra edən Yang Yayiang, komandaların təşkili, oyun cədvəli, mükafatlar kimi bütün məsələlərin yerli kəndlilər tərəfindən təşkil edildiyini, yerli hökumətin isə yalnız maddi-texniki dəstək verdiyini söyləyıb.

Rongyiangda həvəskar futbol liqası mayın 13-də heç bir peşəkar futbolçu, pullu bilet və reklam olmadan başlasa da, iyunun sonunda internetdə baxış sayı 20 milyarda çatıb. Futbol liqasına marağın bölgəyə mədəni səfərlər edən turistlər hesabına artdığı düşünülür.

Şəhər rəhbərliyinin rəqəmlərinə görə, Kənd Futbol Liqasını izləmək üçün bir ayda bölgəyə 420 mindən çox turist gəlib. Bundan əlavə, Rongjiang bölgəsinin turizm gəliri may ayında 55,1 faiz artaraq 165 milyon dollara çatıb.

Mütəxəssislər insanların Kovid-19 məhdudiyyətləri bitdikdən sonra ilk dəfə bu böyüklükdə tədbirə qatıldığına diqqət çəksələr də, ictimaiyyətin liqada iştirakının asanlığının da marağı artırdığını düşünürlər.