Çinli turistlər Rusiyaya axışır

10:20 17.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Tur Operatorları Assosiasiyası ilin birinci rübündə ölkəyə 219 minə yaxın xarici turistin gəldiyini açıqlayıb. Xəbərə görə, FSB-nin açıqladığı məlumatlara əsasən, gələnlərin yarısı Çin vətəndaşlarıdır.

Hafta.az-ın yazdığına görə, xəbərdə əcnəbi turistlərin sayının əvvəlki ilə nisbətən 3 dəfə artdığına dair məlumatlar da yer alıb.

Rusiyaya ən çox turist göndərən ikinci ölkə 16 min turistlə Türkmənistan olub. Türkiyə 12500 turistlə üçüncü sırada yer alıb. Bu üç ölkəni 8400 turistlə Almaniya və 7300 turistlə Birləşmiş Ərəb Əmirlikləri izləyir.

Yanvar-mart ayları arasında Rusiyaya ən çox turist göndərən digər ölkələr Səudiyyə Ərəbistanı, Kuba, İran, Polşa və Küveyt olub.

Oxunma sayı 170