Çöllükdə tapança tapıldı

18:00 22.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdab Rayon Polis Şöbəsinə rayonun Böyük Dəkkə kəndinin çöllük ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

 DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd sandıqça və 8 ədəd patron aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırmalar aparılır.