Çörək sexinin müdirini cərəyan vuraraq öldürüb

11:25 24.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə çörək sexinin müdiri faciəli şəkildə ölüb.

Hafta.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Cəyirli kəndi ərazisində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Ramin Asim oğlu Talıbovu özünə məxsus çörək sexində elektrik cərəyanı vurub. R. Talıbov aldığı elektroşok xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Oxunma sayı 19