COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

17:12 27.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 630 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 350 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 713 775, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 636 800 təşkil edir.

Oxunma sayı 24