COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

19:15 29.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 889 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34 008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 881 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 208 074, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 313 364, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 894 710 təşkil edir.