Cüdoçumuz Avropa açıq turnirində gümüş medal qazanıb

21:20 10.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçusu Rövşən Əliyev İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində final görüşünə çıxıb.

Hafta.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı qızıl medal uğrunda türkiyəli Salih Yıldızla qarşılaşıb.

Rəqibinə cərimə xalları ilə uduzan Əliyev 2-ci yerlə kifayətlənib.