Yazını böyüt
Yazını kiçilt
Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin qəbulu dekabrın 10-dək davam edəcək. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir.
Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək) e-telebe.edu.az elektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur.