Daha 337 nəfər yoluxub, 4 nəfər ölüb

21:00 22.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 152 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 795 832 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 508 nəfər müalicə olunaraq sağalıb, 9 733 nəfər vəfat edib, aktiv xəstə sayı 1 591 nəfərdir.

Ölkədə son sutka ərzində 3 087, hazırkı dövrədək isə 7 018 167 test aparılıb.