Yazını böyüt
Yazını kiçilt
Yunan Kipr administrasiyası daha bir rusiyalı milyarderi vətəndaşlıqdan məhrum edib.
Hafta.az-ın “Filelefteros” qəzetinə istinadən yazdığına görə, pasportu ləğv edilən “Merkuri” şirkətlər qrupunun sahibi İqor Kesayevdir.
Rusiyanın ən böyük siqaret distribütoru olan “Megapolis”in və “Mercury Development” tikinti şirkətinin, həmçinin “Diksi” supermarketlərinin sahibi olan Kesayev “Forbes” jurnalına görə 5,5 milyard dollar sərvətə malikdir.
Kesayevlə yanaşı, KiprAdministrasiyası ukraynalı iş adamı Konstantin Qriqorişinin də vətəndaşlığını ləğv edib.
Hər iki şəxs “qızıl pasport” proqramına müraciət edərək vətəndaşlıq alıb.
Yunan Kipri aprel ayında 21 rusiyalı milyarderi vətəndaşlıqdan məhrum edib.