Yazını böyüt
Yazını kiçilt
44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin qız övladı dünyaya gəlib.
Hafta.az-ın məlumatına görə, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Feysbuk hesabında yazıb. Şəhidimizin yeni dünyaya gələn qız övladına Cənnət adı verilib.
Qeyd edək ki, şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin bundan əvvəl 3 övladı var idi.