Daşkəsəndə bir kəndi sel BASDI

19:21 05.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 5-i saat 19:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəydə qısamüddətli leysan xarakterli yağış yağır, şimşək çaxır.

Yağan leysan xarakterli yağışlar nəticəsində saat 17:00 radələrindən Gəncəçayın Daşkəsən rayonunun Alaxançallı və Qaraqollar kəndi ərazisindən keçən hissəsindən güclü sel keçir.