Daşkəsəndə əczaxanada yanğın olub

20:43 09.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daşkəsəndə ikimərtəbəli əczaxanada yanğın hadisəsi baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Daşkəsən şəhərində ümumi sahəsi 50 m² olan ikimərtəbəli əczaxananın 1-ci mərtəbəsində 5 m² sahəyə yığılan uşaq bezləri və tibbi ləvazimatlar yanıb. Əczaxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.