Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun bir hissəsini müvəqqəti nəzarətdə saxlayan Rusiya “sülhməramlı”larının himayəsində bəslənən separatçı-terrorçu rejimin qanunsuz “qanunverci orqanı”nın “Daşnaksütyun” partiyasından olan “deputat”ı David İşxanyan rəhbərliyi ilə bir qrup daşnak Xocavənd rayonunun Qarakənd kəndinə səfər edib.
Hafta.az xəbər verir ki, səfər zamanı daşnaklar Qarakənddə məskunlaşmış hayklarla görüş keçirib.
Erməni sakinlərin Laçın yolunun bağlı qalmasından sonra yaranmış sosial problemləri ilə maraqlanan “deputat” onları dözümlü, iradəli olmağı və Azərbaycana qarşı1988-ci ildən başlanmış separatçı mübarizəni hər vasitə ilə davam etdirməyə hazır olmağı məsləhət görüb.
Xatırladaq ki, 1991-ci il noyabrın 20-də göyərtəsində Azərbaycanın dövlət xadimləri və ziyalıları olan helikopter terrorçular tərəfindən məhz Xocavənd rayonunun Qarakənd kəndi səması üzərində vurulub...