Davos Forumu Omikrona görə təxirə salındı

22:35 20.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya İqtisadi Forumunun Davosda keçiriləcək illik toplantısı Omikron ştammı səbəbindən təxirə salıb.

Hafta.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“İllik iclas 17-21 yanvar 2022-ci il tarixlərində baş tutmalı idi. O, indi yayın əvvəlinə planlaşdırılıb. Hazırkı pandemiya şəraitində qlobal üzbəüz görüş keçirmək olduqca çətindir”, - məlumatda qeyd olunub.