De Byazi püşkü dəyərləndirdi

21:28 09.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Avro-2024-cü seçmə mərhələsinin püşkünü dəyərləndirib.

Hafta.az xəbər verir ki, italiyalı mütəxəsss AFFA-nın mətbuat xidmətinə açıqlamasında yığmamızın çətin qrupa düşdüyünü bildirib:

"Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik".

Xatırladaq ki, millimiz F qrupunda Belçika, İsveç, Avstriya və Estoniya ilə mübarizə aparacaq.