Dəftərxana ləvazimatları mağazasında yanğın olub

23:05 17.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bərdədə yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bərdə şəhərində ümumi sahəsi 96 m² olan birmərtəbəli dəftərxana ləvazimatları satışı mağazasının içərisində 1 ədəd kondisioner, 1 ədəd piştaxta və piştaxtaya yığılan kitablar 5 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.