Dəmir yolu ilə 3,7 milyon ton yük daşınıb

14:45 25.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-iyul aylarında dəmir yolu nəqliyyatı ilə 3 milyon 754,6 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 624 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyard 700,5 min ton yükün dəyəri 572,4 milyon dollar təşkil edib.

Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 54 min ton, dəyəri isə 1 milyard 51,6 milyon dollar olub.